İclasda Hindistanın Xarici İşlər naziri Cayşankar da Tehran və Yeni Dehli arasında diplomatik əlaqələrin 75-ci ildönümünə toxunaraq deyib: “Bu tarix bizim aramızda olan sıx əməkdaşlığın və dərin dostluğun bir xatırlatmasıdır. Əminəm ki, biz bu yubileyi layiqincə qeyd edəcəyik.”
O, Hindistan və Pakistan arasında son hərbi hadisələrə toxunaraq, iranlı həmkarına deyib: “Siz Hindistana elə bir vaxtda səfər edirsiniz ki, aprelin 22-də Hindistanın Kəşmir ərazisində törədilmiş vəhşi terror aktına cavab veririk. Bu hücum bizi mayın 7-də transsərhəd terror infrastrukturuna zərbələr endirməyə məcbur etdi.”
Sizin rəyiniz